AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə “CSCEC International Construction Co., Ltd.” şirkəti ilə görüş keçirib
Paylaş
AZCON Holding-in icraçı direktorunun müavini Vüqar Mirzəzadə “CSCEC International Construction Co., Ltd.” şirkətinin İdarə Heyətinin sədri Qao Bonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
Görüş zamanı Azərbaycanda nəqliyyat, logistika, enerji, şəhərsalma və sənaye infrastrukturu sahələrində həyata keçirilə biləcək potensial layihələr və əməkdaşlıq perspektivləri müzakirə olunub. Eləcə də infrastruktur layihələrinə investisiyaların və maliyyələşmə imkanlarının cəlb edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.