AZCON Holding “Rəqəmsal körpü” Təcrübə Proqramını elan edir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi və AZCON Holding-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən proqram İT sahəsində bakalavr təhsili alan tələbələrə "Diplomqabağı istehsalat təcrübəsi" çərçivəsində qazandıqları akademik bilikləri real iş mühitində praktik şəkildə tətbiq etmələrinə şərait yaradır.
Proqramın 3-cü sessiyası 15 fevral – 31 may 2027-ci il tarixlərini əhatə edəcək və proqram çərçivəsində iştirakçılar öz sahələri üzrə təcrübəli mütəxəssislərlə birgə çalışaraq onların bilik və təcrübəsindən faydalanacaq, eyni zamanda peşəkar iş mühitini yaxından tanımaq fürsəti əldə edəcəklər.
Təcrübə dövründə iştirakçılar müxtəlif öyrənmə və inkişaf tədbirlərinə cəlb ediləcək, o cümlədən mentorluq dəstəyi və rəqəmsal tədris platformalarına çıxış imkanları təqdim olunacaq.
İnformasiya texnologiyaları sahəsində təhsil alan tələbələrə nəzəri biliklərini real iş mühitində praktiki tapşırıqlar üzərində tətbiq etmək imkanının yaradılması.
Tələbələrin fərdi və peşəkar inkişafının təmin edilməsi məqsədilə onlara təcrübəli mütəxəssislər tərəfindən yumşaq bacarıqların inkişafına yönəlmiş təlimlər, mentorluq dəstəyi və rəqəmsal öyrənmə platformalarından istifadə imkanlarının təqdim edilməsi.
Gənclərin peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, məqsədyönlü karyera planlaşdırılmasının təşviqi və əmək bazarına inteqrasiyasının dəstəklənməsi.
Proqram müddəti ərzində iştirakçıların motivasiyasını dəstəkləmək məqsədilə aylıq təqaüdün təqdim edilməsi.
Qeyd:
Seçim prosesini uğurla keçən hər bir tələbə təhsil müəssisəsindəki akademik göstəriciləri, imtahan və müsahibə nəticələri nəzərə alınmaqla AZCON Holding şirkətləri və ya tərəfdaş müəssisələrin birində təcrübəyə cəlb olunacaq. Tələbələrin təcrübə keçdiyi müəssisədən asılı olmayaraq onlara təqdim edilən imtiyaz və inkişaf imkanları bərabər əsaslarla təmin ediləcək.
Proqramla bağlı hər hansı sualınız yaranarsa və ya əlavə dəstəyə ehtiyacınız olarsa, internship@azcon.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.