AZCON Holding-in icraçı direktoru Şahin Babayev beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Qoşqar Daşdiyev ilə görüş keçirib
Paylaş
AZCON Holding-in icraçı direktoru Şahin Babayev Mentorluq Proqramı çərçivəsində beşinci “Yüksəliş” müsabiqəsinin qalibi Qoşqar Daşdiyev ilə görüş keçirib.
Görüş zamanı uzunmüddətli qərarvermə, dəyişikliklərin effektiv idarə olunması və təşkilatın inkişafında liderlərin rolu barədə fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi transformasiya proseslərinin biznes mühitinə təsiri, yeni çağırışlara çevik uyğunlaşma və rəhbər şəxslər üçün vacib olan liderlik səriştələri müzakirə olunub.
Görüş çərçivəsində gələcək inkişaf imkanları və qarşıdakı dövr üçün prioritet istiqamətlər nəzərdən keçirilib.